Dostunun ölümündən yazdı, iki gün sonra özü intihar etdi - FOTO

Dostunun ölümündən yazdı, iki gün sonra özü intihar etdi - FOTO
16:12 18 Oktyabr 2016
157 Ölkə
Ölkə mətbuatı
A- A+

İki gün əvvəl Bakı şəhərinin Nərimanov rayonunda özünü asaraq intihar edən şəxslə bağlı bəzi məlumatlar üzə çıxıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, yaşadığı evdə intihar edən 35 yaşlı Muğanlınski Teymur Fərrux oğlu informasiya texnologiyaları sahəsində mütəxəssis olub.

Son vaxtlar işləməyən və tez-tez spirtli içki qəbul edən T.Muğanlınski oktyabrın 14-də Facebook səhifəsində dostu Fariz Abbasovun yol qəzasında vəfat etməsi ilə bağlı status paylaşıb. Həmin hadisədən 1 gün əvvəl isə o, evliliyinin 15-ci ildönümünü qeyd edib.

Dostları bildiriblər ki, T.Muğanlınski çox şən, yeyib-içməyi sevən insan olub. Son vaxtlar baş verən hadisələr isə onun özünə qapanmasına səbəb olub və nəticədə intihar edib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR