Narkotik daşıyan şəxsə hökm oxundu

Narkotik daşıyan şəxsə hökm oxundu
16:12 18 Oktyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik tərkibli həblərin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilən Gəncə şəhər sakini Şirzad Abbasovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə görə, Şirzad Abbasov 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Şirzad Abbasov Rusiyanın Moskva şəhərində istintaqla müəyyən edilməyən şəxslərlə qabaqcadan əlbir olaraq güclü təsirə malik külli miqdarda "Tropikamid" dərman preparatını idarə etdiyi mikroavtobusun arxa təkərlərinin içərisindəki boşluqda yerləşdirərək daşıyıb. Dəyəri 29 min 100 manat olan 970 ədəd dərman preparatını "Samur" gömrük postundan gizli şəkildə keçirib.

Törətdiyi cinayət əməlinə görə Ş.Abbasova qarşı Cinayət Məcəlləsinin 206.2 (qaçaqmalçılıq) və 240.3.2-ci (güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham irəli sürülüb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR