Həmkəndlisini bıçaqlayan şəxsə hökm oxundu

Həmkəndlisini bıçaqlayan şəxsə hökm oxundu
16:22 18 Oktyabr 2016
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Kamran Baxışovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə K.Baxışov 3 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Qubanın Rustov kəndində kənd sakini 21 yaşlı Kamran Baxışov 26 yaşlı Mikayıl Musayevi bıçaqlayıb. Bud nahiyəsindən xəsarət alan M.Musayev Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə çatdırılıb.

K.Baxışov Quba Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən saxlanılıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR