Azərbaycan tarixində inqilab: Naxçıvanda yaşayış daha qədim dövrə aiddir

Azərbaycan tarixində inqilab: Naxçıvanda yaşayış daha qədim dövrə aiddir
16:22 18 Oktyabr 2016
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev Naxçıvan şəhəri ərazisində apardığı araşdırmalar nəticəsində şəhərin ərazisindəki məskunlaşma tarixinin daha da qədim olduğunu deməyə əsas verən yeni yaşayış yeri aşkar edib.

Milli.Az bildirir ki, V.Baxşəliyevin Trend-ə verdiyi məlumata görə, şəhərin ərazisində, Naxçıvan çayının sağ sahilində yeni aşkar olunan yaşayış yeri Erkən Eneolit dövrünə aid edilir.

V.Baxşəliyevin sözlərinə görə, yeni abidədə aşkar olunan bəzi keramika nümunələri və əmək alətləri Neolit dövrünün də varlığından xəbər verir. Yeni yaşayış yeri e.ə.VI-V minilliklərlə tarixləndirilə bilər.

Tədqiqatçının fikrincə, gələcək araşdırmalar nəticəsində Naxçıvan şəhəri ərazisində məskunlaşma tarixini 8-9 min il bundan əvvələ aid etmək mümkün olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/480753.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR