İlisunun qar mənzərələri - fotolar

İlisunun qar mənzərələri - fotolar
16:31 18 Oktyabr 2016
79 Şou
Ölkə mətbuatı
A- A+

Qaxın dağlıq ərazilərində yerləşən yaşayış məntəqələrinə, o cümlədən İlisu kəndinə ilk qar yağıb. Kəndin yaşlı sakinlərinin bildirdiyinə görə, uzun illərdir ki, oktyabrın ortalarında İlisuya qar yağmırdı.

Axşam.az Azərtac-a istinadən xəbər verir ki, qarın qalınlığı bir neçə santimetr təşkil etdiyindən avtomobil yollarında nəqliyyatın hərəkətində hər hansı çətinlik yaranmayıb. Kəndin təbii qazla təchizatı da normal qaydada davam edir.

Havaların kəskin soyuması yerli sakinlərin qış hazırlıqlarını da tezləşdirib. Bu günlərdə heyvandarların da qayğıları çoxalıb. Artıq qoyun sürülərinin yaylaqlardan qışlaqlara köçü başlanıb.





Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59489

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR