Azərbaycan XİN başçısı: "Ermənistan beynəlxalq ictimaiyyətin mövqeyinə məhəl qoymur"

Azərbaycan XİN başçısı: "Ermənistan beynəlxalq ictimaiyyətin mövqeyinə məhəl qoymur"
16:57 18 Oktyabr 2016
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 43-cü Sessiyasında çıxış edib.
Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə nazir bildirib ki, silahlı münaqişələr, terror aktları, qaçqın və miqrant böhranı, bəzi ölkələrdə dağıdıcı humanitar vəziyyət, din haqqında geniş yayılmış təhriflər və sülh və təhlükəsizlik üçün bir çox digər əngəllər qeyri-möhkəm və kövrək dünyada mövcud olmaqda davam edir: "Çox təəssüf ki, hazırda bir sıra İƏT üzv dövlətləri belə problemlərlə ilə üz-üzədir.
Bugünkü sessiya bu problemlərin mövcudluğunun əsas səbəblərindən birinə - müasir dünyamızda sürətlə güclənən savadsızlıq və cəhalətin artması probleminə müraciət etmək üçün əlverişli fürsət yaradır. Sessiyamızın “Təhsil və Maarifçilik - Sülh və Yaradıcılığa aparan Yol” adlı şüarı sanki bizə xatırladır ki, dünyamızın üzləşdiyi problemlər ilə mübarizədə uğur qazanmaq üçün açar təhsildədir. Təhsil hər bir fərdin, ailənin, icmanın, ölkənin və dünyamızın davamlı inkişafı üçün başlıca hərəkətverici qüvvə, həmçinin zəmanətdir. Təhsil və maarifçilik müsəlmanlar arasında həmrəyliyi gücləndirə, İslamofobiya meyllərinin kökünü kəsə, ekstremizmi dəf edə, tolerantlıq mədəniyyətini təşviq edə və müxtəlif mədəniyyətlər, dinlər və millətləri təmsil edən insanların dinc yanaşı yaşaması üçün əlverişli zəmin yarada bilən əsas qüvvələrdir. Təhsil bəşəriyyətə rifah və firavanlıq gətirir. Və mən İndoneziyanın hörmətli xarici işlər nazirinin qadınlar və qızların təhsil almasının vacibliyinə dair səsləndirdiyi fikir ilə tam razıyam.
Mən fəxrlə sizə bildirirəm ki, Azərbaycan sülh və təhlükəsizliyin təhsil, elm, mədəniyyət və dialoq vasitəsilə əldə olunduğuna inanan bir ölkə kimi BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi mədəniyyətlər və sivilizasiyalar dialoqunu möhkəmləndirən beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilmişdir. Keçən ay biz bütün bəşəriyyəti maraqlandıran çoxsaylı qlobal məsələlərə dair panellərlə birgə aralarında Nobel mükafatı laureatları olan məhşur qonaqların iştirak etdiyi V Bakı Beynəlxalq Humanitar Forumuna ev sahibliyi etmişik. Bundan əlavə, Azərbaycan İslam həmrəyliyini gücləndirmək üçün daim ön sıralarda səy göstərən ölkə kimi gələn il Bakıda 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməyə layiq görülmüşdür.
Hamıya məlumdur ki, İslam dünya sivilizasiyasına çox böyük töhfələr vermişdir. Tarixin ilk dövrlərindən etibarən müsəlman alimlər astronomiya, fizika, riyaziyyat, tibb, memarlıq kimi müxtəlif sahələrdə hədsiz uğurlar qazanmışlar. Çox təəssüf ki, İslamın gətirdiyi yeniliklər və müsbət təsirləri inkar edərək, beynəlxalq ictimaiyyət İslamofobiya problemini münasib və effektiv şəkildə həll etməkdə aciz qalır. Biz bu qəbuledilməz meylin tezlik və bədnamlığının artmasının qarşısını almaq üçün səylərimizi əsirgəməməliyik. Bu xüsusda, biz İslamofobiya fenomeni ilə mübarizə aparmaq üçün İƏT tərəfindən görülən işləri təqdir edirik və bu təhlükənin qarşısını almaq üçün İƏT çərçivəsində səylərimizi daha da gücləndirməyə çağırırıq.
Biz, hamımız etiraf edirik ki, İslamofobiyanın ortaya çıxmasına töhfə verən ilkin səbəb və faktorlardan biri şübhəsiz ki, zorakı ekstremizm və terrorizmdir. Bu təhlükənin aradan qaldırılmasına yönəlik beynəlxalq əməkdaşlığın gücləndirilməsinə ehtiyac güclü olaraq qalır. Terrordan irəli gələn təhlükə və çağırışların qarşısını səmərəli almaq, eləcə də onun yalnız bununla məhdudlaşmayan əsas səbəblərini- həlli uzanmış hərbi münaqişələr, savadsızlıq və sosial təcridetməni aradan qaldırmaq üçün bütün lazımi tədbirlərin görülməsi zəruridir.
Yalnız həmrəyliklə birgə və ikiqat səylərimiz günahsız insanların həyatlarını tələf etməkdə davam edən bu qeyri-insani əməlləri aradan qaldıra və qarşısını ala bilər. Azərbaycan güclü və birmənalı şəkildə beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi təhlükələrdən biri kimi - kimə qarşı və harada, eləcə də nə məqsədlə törədilməsindən asılı olmayaraq terrorun bütün forma və təzahürlərini pisləyir.
Mən bir daha Azərbaycanın qardaş Fələstin xalqına sülhün, sabitliyin əldə edilməsi və müstəqil dövlətin yaradılmasında apardıqları mübarizədə tam dəstəyini qeyd etmək istəyirəm. Azərbaycan İsrail-Fələstin münaqişəsinin həllində bu müqəddəs torpaqlarda uzun zamandır gözlənilən, hərtərəfli, uzunmüddətli və yalnız sülh, təhlükəsizlik və davamlı inkişafın əldə edilməsinin yeganə təminatı olan iki dövlət həllinə tərəfdardır. Biz, Fələstin xalqının dəstəklənməsi və amalına xidmət edən İƏT-in gördüyü işləri yüksək səviyyədə təqdir edirik.
Hər birinizə yaxşı məlum olduğu kimi, Ermənistan beynəlxalq ictimaiyyətin mövqeyinə tamamilə məhəl qoymadan və beynəlxalq hüququ kobudcasına pozmaqla Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesində destruktiv mövqe tutmaqda davam edir.
Azərbaycan bir daha Ermənistanın təcavüzünü və işğal olunmuş ərazilərdə bədnam etnik təmizləmə ilə Azərbaycan torpaqlarının işğalının qınanılmasında daimi prinsipial mövqeyinə görə İƏT Baş katibinə və üzv dövlətlərə öz səmimi təşəkkürünü çatdırır.
Biz, Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə İƏT Kontakt qrupunun yaradılmasını yüksək qiymətləndiririk. İnanırıq ki, bu Kontakt qrupunun işi müvafiq İƏT və BMT qətnamələrinin həyata keçirilməsinə töhfə verəcək və bu istiqamətdə fərdi və birgə səylərinin uyğunlaşdırılmasına köməklik göstərəcək.
Nəhayət, bu əhəmiyyətli tədbirə uğurlu müzakirələr arzu edir və İƏT Baş katibi İyad Amin Madani və onun yüksək dərəcədə fədakar komandasına təşkilatımızın məqsəd və prinsiplərinin reallaşdırılmasında göstərdikləri peşəkarlığı yüksək qiymətləndirirəm".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Görün bədəndəki ağrılar əslində nədən xəbər verirmiş - İNANILMAZ NƏZƏRİYYƏ - FOTOLAR

25 Sentyabr 2017 02:33

Azərbaycan sənədli filmi Böyük Britaniyanın film festivalında nümayiş olunacaq

25 Sentyabr 2017 02:27

Almaniyada keçirilən parlament seçkiləri üzrə "exit-poll" nəticələri açıqlanıb

25 Sentyabr 2017 02:17

Şəmkirdə 22 yaşlı gənc bıçaqlandı

25 Sentyabr 2017 02:14

İtkin düşən 13 yaşlı məktəbli tapıldı

25 Sentyabr 2017 02:08

Şəmkirdə 22 yaşlı kişi bıçaqlanıb

25 Sentyabr 2017 01:57

İran İŞİD-in mövqelərini bombaladı

25 Sentyabr 2017 01:34

Dominikada qasırğa qurbanlarının sayı 30 nəfərə çatıb

25 Sentyabr 2017 01:32

Merkelin seçkilərdən sonra ilk açıqlaması

25 Sentyabr 2017 01:26

20 Yanvar metrostansiyasının girişində gənc oğlan bıçaqlanıb

25 Sentyabr 2017 01:22

Moskvada 8 oteldə BOMBA HƏYƏCANI

25 Sentyabr 2017 01:13

Yaponiyada "Boeing"in bir hissəsi iki min metrdən avtomobilin üzərinə düşüb

25 Sentyabr 2017 01:12

Xırdalanda itkin düşən 13 yaşlı Ülvi tapıldı

25 Sentyabr 2017 01:10

Zeytunun inanilmaz faydaları

25 Sentyabr 2017 01:03

Gecələr smartfonlardan istifadənin bədənə və beyinə QORXUNC FƏSADLARI

25 Sentyabr 2017 00:58

"Qəbələ"nin futbolçuları arasında yumruq davası

25 Sentyabr 2017 00:50

Rusiyalı general Suriyada öldü

25 Sentyabr 2017 00:36

Prezidentin qızı məhkəməyə verildi - FOTO

25 Sentyabr 2017 00:28

Sentyabrın 25-nə olan

25 Sentyabr 2017 00:25

Elza tənqid olunduğu müsabiqədən getdi

25 Sentyabr 2017 00:09

Astroloji proqnoz - 25 sentyabr

25 Sentyabr 2017 00:08

Qan artıran qidalar

25 Sentyabr 2017 00:05

Tanzaniyada avtobus aşdı

24 Sentyabr 2017 23:56

Avro-2017-də ilk ¼ finalçılar bəlli oldu

24 Sentyabr 2017 23:54

Rusiyalı general Suriyada öldürüldü

24 Sentyabr 2017 23:48

Tanzaniyada avtobus aşıb, 2 nəfər ölüb, 42-si yaralanıb

24 Sentyabr 2017 23:42

ABŞ ordusu Liviyada İŞİD-in düşərgəsini bombaladı

24 Sentyabr 2017 23:38

Myanmada hindu döyüşçülərin kütləvi məzarlığı aşkar olunub

24 Sentyabr 2017 23:32

Meksikada ölənlərin sayı 319 nəfərə çatdı

24 Sentyabr 2017 23:28

Türkiyə və İran prezidentləri arasında

24 Sentyabr 2017 23:27

Suriyada Rusiya ordusunun general-leytenantı ölüb

24 Sentyabr 2017 23:22

Suriyada rus general öldürüldü

24 Sentyabr 2017 23:14

Hacıqabulda yük maşını mikroavtobusla toqquşdu - Xəsarət alanlar var

24 Sentyabr 2017 23:13

Necati Şaşmaz "Kurtlar Vadisi"nin başlama tarixini açıqladı

24 Sentyabr 2017 23:13

Avropa çempionatı: İtaliya və Serbiya yığmaları 1/4 finala yüksəlib

24 Sentyabr 2017 23:12

Voleybol yığmamızın məşqçisi: "Azarkeşlərin dəstəyi inanılmaz atmosfer yaratdı"

24 Sentyabr 2017 22:58

Zəlzələ nəticəsində ölənlərin sayı 318-ə-ə yüksəlib

24 Sentyabr 2017 22:52

Zaqatalada meşədə baş verən yanğın lokallaşdırılıb

24 Sentyabr 2017 22:39

Ruslan Qurbanov: "Dedi "ağzını bağla" və mənə yumruq vurdu"

24 Sentyabr 2017 22:37

Ayaq qoxusunu aradan qaldırmağın ən yaxşı üsulu

24 Sentyabr 2017 22:24

ABŞ-da kilsədə atışma

24 Sentyabr 2017 22:13

Hacıqabulda qəza - yaralılar var

24 Sentyabr 2017 22:09

İtaliyada döyüş təyyarəsi dənizə düşdü

24 Sentyabr 2017 22:04

Tərlan Əhmədov: "Fiziki, taktiki cəhətdən irəliləsək də, psixoloji cəhətdən çox iş görməliyik"

24 Sentyabr 2017 21:57

ABŞ-da kilsədə atışma: 6 yaralı

24 Sentyabr 2017 21:53

Zaqatala meşəsində baş verən yanğın lokallaşdırılıb

24 Sentyabr 2017 21:52

Bu andan bir saniyə sonra elə hadisə baş verdi ki...

24 Sentyabr 2017 21:49

Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

24 Sentyabr 2017 21:47

"Qəbələ" "Neftçi"ni belə uddu - VİDEO

24 Sentyabr 2017 21:47

Hacıqabulda yol qəzası

24 Sentyabr 2017 21:40