"Qarabağ"ın qənimi cəzalandırıldı - FOTO

"Qarabağ"ın qənimi cəzalandırıldı -   FOTO
17:07 18 Oktyabr 2016
65 İdman
Ölkə mətbuatı
A- A+

Ötən mövsüm Avropa Liqasında qrup mərhələsinin son tur matçında "Qarabağ"ın İtaliya "İnter"inin qapısından keçirdiyi təmiz qolu saymayan hakim Miroslav Zelinka cəzalanıb.


O, Çexiya çempionatının son turunda keçirilən “Dukla” – “Slovan” oyununda kobud səhvə yol verib.


Zelinda “Slovan”ın futbolçusuna qarşı kobudluğu penalti kimi qiymətləndirməli olduğu halda oyunu davam etdirib. Buna görə də o,  Hakimlər Komitəsi tərəfindən  2 oyunluq cəzalanıdırılıb.


Xatırladaq ki, 2014-cü il dekabrın 11-də keçirilmiş matçın sonuncu uzatma dəqiqəsində Riçard Almeyda topu "İnter"in qapısından keçirsə də, Miroslav Zelinka həmin epizodda "ofsayd" olduğunu bildirərək, qolu saymayıb. Halbuki həmin qolun tam qaydalar çərçivəsində vurulduğu açıq-aşkar görünüb. Çexiyalı referinin yanlış qərarı üzündən 1/16 finala "Qarabağ" yox, Ukrayna "Dnepr"i çıxıb. (qol.az)



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquotn-qnimi-czalandrld-t53434.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR