Prezident İlham Əliyev: "Əgər biz razılığa gəlsək, Dağlıq Qarabağ muxtar respublika ola bilər"

Prezident İlham Əliyev: "Əgər biz razılığa gəlsək, Dağlıq Qarabağ muxtar respublika ola bilər"
17:17 18 Oktyabr 2016
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilərin azad edilməsi şərti ilə mümkündür.

Milli.Az bildirir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev sputnik-ə müsahibəsində deyib.

"Ağıllı kompromis mümkündür: Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin, həyat və fəaliyyətinin, özünüidarəetməsinin təmin olunması, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsi. İki xalqın sülh şəraitində birgə yaşayışı keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilərin azad edilməsi nəticəsində mümkündür. Biz münaqişənin həllini bu cür görürük" - deyə Əliyev "Rossiya seqodnya" BİA-nın direktoru Dmitri Kiselyova müsahibəsində bildirib.

Bununla yanaşı, prezidentin sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü kompromis mövzusu ola bilməz: "Amma yerli özünüidarəetmə, Dağlıq Qarabağın özünü idarə etməsi kompromis mövzusu ola bilər. Əgər gələcəkdə biz razılığa gəlsək, bu özünüidarəetmə Muxtar Respublika formasında da ola bilər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/480783.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR