Biabırçılıq: Azərbaycan çempionatı 5 klubla start götürür

Biabırçılıq: Azərbaycan çempionatı 5 klubla start götürür
17:22 18 Oktyabr 2016
59 İdman
Ölkə mətbuatı
A- A+

Qadın voleybolçular arasında 2016/2017 mövsümündə Azərbaycan Super Liqasında 5 klub qüvvəsini sınayacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, son mövsümlə müqayisədə "Lokomotiv" mübarizəni dayandırıb.

Belə ki, yeni ildə "Azərreyl", "Telekom", "Azəryol", həmçinin Gürcüstanın "Tiflis" klubu çempionluq üçün oynayacaq. "Gənclik" isə çempionata "Lokomotiv" adı ilə qatılacaq.
 
Super Liqa son illərdəki kimi 4 dövrədən ibarət olacaq və ilk "dördlük" yarımfinal mərhələsinə yüksələcək.
 
Çempionatının start günü isə hələlik tam dəqiqləşməyib. Lakin I turun oktyabrın 28-də start götürəcəyi gözlənilir.
 
Qeyd edək ki, ölkəmizi bu il avrokubokda 2 komanda - "Azərreyl"lə "Telekom" təmsil edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/480773.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR