"Qəbələ"nin rəqibi bir futbolçusunu komandadan göndərib

"Qəbələ"nin rəqibi bir futbolçusunu komandadan göndərib
17:27 18 Oktyabr 2016
30 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Avropa Liqasının C qrupunda "Qəbələ"nin rəqibi Almaniyanın "Maynts" klubu bir futbolçusunu icarəyə verib. 
"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu Maksimilian Baysterdir.
26 yaşlı yarımmüdafiəçi karyerasına Avstraliyanın "Melburn Viktoriya" komandasında davam edəcək. Müqaviləyə əsasən, Beyster mövsüm sonunadək yeni komandasının uğurları üçün çıxış edəcək.
Qeyd edək ki, Beyster 2015-ci ildən "Maynts"ın futbolçusudur. O, son mövsümü icarə əsasında "Münhen 1860" klubunda keçirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR