"Sözsüz" xüsusi mükafatla geri döndü - FOTO

"Sözsüz" xüsusi mükafatla geri döndü - FOTO
18:12 18 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti növbəti Beynəlxalq Teatr Festivalında uğurla iştirak edərək Vətənə dönüb. Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, heyət Litvanın Vilnus və Visaginas şəhərlərində keçirilmiş "Atspindys" XI Beynəlxalq monotamaşalar festivalında ölkəmizi layiqincə təmsil edib.

Teatrın yaradıcı heyəti festivalda Semuel Bekketin "Sözsüz" mono-tamaşası ilə çıxış edib. Səhnə əsərinin quruluşçu rejissoru İsa Əsədov, ifaçı - Əməkdar Artist Şövqü Hüseynovdur.
Oktyabr ayının 11-dən - 17-dək davam edən festivalda gün ərzində 3 (sonuncu gün 4 tamaşa) tamaşa olmaqla 13 səhnə əsəri nümayiş etdirilib. Ölkəmizlə yanaşı festivalda Rusiya, Litva, Belarus, Ukrayna, İtaliya, Slovakiyanın bir sıra teatr kollektivlərinin tamaşaları göstərilib.
Tamaşamız ""Atspindys" XI Beynəlxalq monotamaşalar Festivalında iştiraka görə" diplomu ilə yanaşı, festivalın xüsusi diplomuna və prizinə layiq görülüb.
Dünyanın bir sıra aparıcı ölkələrinin iştirak etdiyi festivalda yeni yaradıcılıq əlaqələri qurulub. Tamaşamız haqqında Litvanın əsas mətbu orqanı olan "Sugardas" qəzetində reportaj hazırlanıb və yerli televiziya kanalları vasitəsilə yayımlanıb.

Milli.Az















Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/480718.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR