Türkiyəli məşhurlar qala gecəsində - FOTO

Türkiyəli məşhurlar qala gecəsində - FOTO
19:05 18 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Nejat İşler və Serenay Sarıkayanın baş rollarda çəkildiyi "İkimizin yerine" filminin İstanbul qala gecəsi baş tutub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ssenarisini Pınar Bulutun yazdığı, rejissorluğunu isə Umur Turagayın etdiyi ekran işinin oktyabrın 21-dən artıq kinoteatrlarda təqdim olunacaq. Filmin qala gecəsində ekran işində yer alan Zerrin Tekindor, İştar Gökseven Özgür Emre Yıldırım, Merve Çağıran və Aslı Bekiroğlu da iştirak ediblər.

S.Sarıkayanan aktyor sevgilisi Kerem Bürsin də onu tək buraxmayıb.

Qonaqlar arasında Fahriye Evcen, Aslı Enver, Cem Yılmaz, Ozan Güven, Sermiyan Midyat, Zafer Algöz, Hatice Aslan, Sadi Celil Cengiz, Derya Baykal, Ferhan Şensoy, Uraz Kaygılaroğlu, Lale Mansur və digər məşhurlar olub.

Qeyd edək ki, film oktyabrın 26-da Nizami Kino Mərkəzində nümayış olunacaq. Bakıdakı qala gecəsinə S.Sarıkaya və Z.Tekindor gələcək.

Milli.Az












Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/480755.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR