FHN Akademiyasında dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü qeyd olundu

FHN Akademiyasında dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü qeyd olundu
19:14 18 Oktyabr 2016
25 Digər
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.
 
APA TV-nin xəbərinə görə, dövlət himninin oxunması ilə başlayan mərasimi giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Pənah Süleymanov rəhbərlik etdiyi ali təhsil ocağının kollektivini bayram münasibətilə təbrik edib.
 
O, 25 il əvvəl Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasını hər bir azərbaycanlının həyatında müstəsna əhəmiyyət daşıyan ictimai-siyasi hadisə adlandırıb. Azərbaycanın müstəqillik tarixindən bəhs edən Akademiyanın rəisi Azərbaycan Respublikasının suverenliyinin qorunub saxlanmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən söz açıb. O qeyd edib ki, ulu öndər tərəfindən əsası qoyulmuş müdrik siyasətin alternativsiz davamçısı, ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevin ardıcıl səyləri nəticəsində dövlətimiz daha da güclənərək beynəlxalq birliyin layiqli üzvünə, regionun qüdrətli lider dövlətinə çevrilib, həyata keçirilən irimiqyaslı islahatlar Azərbaycanın müstəqilliyini sarsılmaz siyasi və iqtisadi sütunlar üzərində möhkəmləndirib.
 
Tədbirdə Akademiyanın Humanitar fənlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Fizuli İbrahimzadə “Azərbaycanın dövlət müstəqilliyi  dönməzdir, sarsılmazdır, əbədidir!” mövzusunda məruzə ilə çıxış edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR