Daşkəsəndə elektrik enerjisi verilişi bərpa edilib

Daşkəsəndə elektrik enerjisi verilişi bərpa edilib
19:42 18 Oktyabr 2016
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Daşkəsən. 18 oktyabr. REPORT.AZ/ Daşkəsən rayonuna yağan güclü qar səbəbindən elektrik enerjisinin verilişində yaranmış problem bərpa edilib.
"Report"un Qərb bürosunun məlumatına görə, rayon ərazisində yağan güclü qar səbəbindən elektirik naqilləri qırılaraq sıradan çıxıb. Şəhərdə 10-a yaxın ağac və elektirik dirəkləri aşıb. Bəzi aşan ağaclar qaz borularının üzərinə düşərək onları yararsız hala salıb. Güclü qar nəticəsində sıradan çıxan elektrik naqilləri və enerji ötürən transformatorun yanması səbəbindən şəhərin bir hissəsində oktyabrın 17-də axşam saatlarından elektrik enerjisinin verilməsi dayansa da, bu saatlarda enerjinin verilişi bərpa olunub.
Gəncə-Daşkəsən avtomobil yolunda ciddi problemlər olmasa da, bəzi kənd yollarında qismən çətinliklər yaranıb.
Daşkəsən Rayon İcra Hakimiyyətindən "Report"un Qərb bürosuna verilən məlumata görə, rayonda yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, dünən günorta saatlarında yağan sulu qar axşam saatlarında qara çevrilib və hazırda yağan qalın qalınlığı 15 sm-dir.









Xəbərin orijinal ünvanı: http://report.az/hadise/daskesende-elektrik-enerjisi-verilisi-berpa-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR