Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində müstəqillik gün qeyd edilib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində müstəqillik gün qeyd edilib
19:57 18 Oktyabr 2016
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Azərbaycan Respublikası dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunan tədbir keçirilib.
Mərkəzin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu münasibətlə BBMM-in foyesində “İstiqlal-25 “ mövzusunda fotosərgi də təşkil olunub.
BBMM-in icraçı direktoru Azad Məmmədov tədbiri açaraq qonaqları Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə təbrik edib. İcraçı direktor 1991-ci ildə yaranan tarixi şərait nəticəsində Azərbaycan parlamentinin oktyabrın 18-də müstəqillik haqqında Konstitusiya Aktını qəbul etdiyini qeyd edib, həmin tarixlə bağlı məlumat verib.
Qafqaz Müsəlmanları İdarəsinin Mərkəzi Aparatının rəhbəri Simran Həsənov Azərbaycanın istiqlalında müsəlman icmasının rolundan danışıb. S. Həsənov bildirib ki dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə təşkil olunan rəsmi qəbulda Prezident İlham Əliyevin əhatəli çıxışında Azərbaycanın istiqlalının istimai-siyasi palitrası, mərhələli qanunauyğunluqları, keçdiyi şərəfli yol öz əksini parlaq şəkildə tapıb.
Tədbirdə iştirak edən Azərbaycanda fəaliyyət göstərən etnik və dini icmaların rəhbərləri - Talış Mədəniyyət Mərkəzindən İmamverdi Həmidov , “Ronahi” Kürd Mədəniyyət Mərkəzindən Fəxrəddin Paşayev, Avar Azərbaycan İctimai Birliyindən Məhəmməd Nooyev, Azərbaycanda Yaşayan Axıska Türklərinin “Vətən” İctimai Birliyindən İbrahim Məmmədov, “Yaşlek” Azərbaycan- Tatar Gəncləri Mərkəzindən Diyaz Əhmədcanov , İngiloy İcmasından Sevinc Bulacova, Taras Şevçenko adına Azərbaycandakı Ukrayna İcmasından Aleksandr Zareçniy, Yevangelik Lüteranların Bakı Dini İcmasından Rita Paşayeva, Azərbaycan Respublikasında Katolok kilsənin Apostol Prefekturası dini qurumunun keşişi Vladimir Baxa , Bakı şəhər Bəhai dini icmasından Ramazan Əsgərli və Şəhla Əhmədova, “Azəri”Tat Mədəniyyət Mərkəzindən Elman Əhmədov çıxışlarında müstəqil Azərbaycanın bugünkü inkişaf yolunun Ulu Öndərin müəyyən etdiyi siyasi xəttin Prezident İlham Əliyev tərəfindən yüksək siyasi bacarıqla ardıcıl davam etdirilməsinin nəticəsi olduğunu vurğulayıblar. 


Xəbərin orijinal ünvanı: http://report.az/din/baki-beynelxalq-multikulturalizm-merkezinde-musteqillik-gun-qeyd-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR