Rəşad İlyasov: “İlhamə xanıma brilliant və bahalı hədiyyələr verirdilər” - video + fotolar

Rəşad İlyasov: “İlhamə xanıma brilliant və bahalı hədiyyələr verirdilər” - video + fotolar
20:06 18 Oktyabr 2016
213 Şou
Ölkə mətbuatı
A- A+

“İlhamə Quliyevadan başqa heç kimlə oxumamışam”.

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Rəşad İlyasov ARB TV-nin “Gəlin danışaq” verilişində dilə gətirib.

İfaçı, xalq artisti İlhamə Quliyeva ilə duet oxuduğu “Yaşın nə fərqi var ki” mahnısından danışaraq əvvəlcə könülsüz olduğunu, lakin oxuduqdan sonra çox uğurlu alındığını deyib:

“Düşünmürdüm ki, bu qədər uğur qazanacağıq. İndi də o mahnını ifa edirəm. Çox təkliflər gəlsə də İlhamə xanımdan başqa heç kimlə oxumamışam”.

R.İlyasov bildirib ki, İlhamə Quliyeva ilə duet oxumaq onun üçün şərəf olub:

“İlhamə xanımın ətrafında çox gənc müğənnilər var idi. Biri brilliant bağışlayırdı ona, biri bahalı hədiyyə və s. Bəs hanı indi onlar? Duetləri varmı onların? Çox xoşbəxtəm ki, belə sənətkarlarla çalışmışam”.






Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59498

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR