Siyəzən rayonunda hamilə qadın bıçaqlanıb.
Milli.Az-ın report-a istinadən məlumatına görə, hadisə ailə münaqişəsi zəminində qeydə alınıb.
Belə ki, rayonun Zarat kənd sakini, 1981-ci il təvəllüdlü Cəbrayılova Aynurə Süleyman qızı əri tərəfindən bıçaqlanıb.
Yaralı Siyəzən Rayon Diaqnostika Mərkəzinə yerləşdirilib. Burada zərərçəkmişin hamilə olduğu məlum olub.
Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır.
Milli.Az