Rusiyada kiçik və orta sahibkarlığın inkişafı mövzusunda beynəlxalq konfrans keçiriləcək

Rusiyada kiçik və orta sahibkarlığın inkişafı mövzusunda beynəlxalq konfrans keçiriləcək
20:17 18 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Rusiyanın Omsk şəhərində “Rusiya Federasiyası subyektlərində xarici iqtisadi fəaliyyət kiçik və orta sahibkarlığın inkişaf faktoru kimi” mövzusunda IV beynəlxalq konfrans keçiriləcək.
“Report”un Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (“Azpromo”) istinadən verdiyi xəbərə görə, konfrans bu ilin dekabrın 8-9-da baş tutacaq.
Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən iş adamları və sahibkarlar tədbirdə iştiraka dəvət olunublar.
Konfrans haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR