Azərbaycan və Avstraliya əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər - FOTO

Azərbaycan və Avstraliya əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər - FOTO
20:22 18 Oktyabr 2016
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Avstraliyanın Pert şəhərində Azərbaycan Milli Məclisinin Avstraliya ilə parlamentlərarası dostluq qrupunun sədri Xanlar Fətiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Qərbi Avstraliya Senatının və Nümayəndələr Palatasının spikerləri Barri Haus Maykl Sazerlendin başçılıq etdikləri nümayəndə heyəti ilə görüşü keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan tərəfindən görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidov, Qərbi Avstraliyada Azərbaycanın fəxri konsulu Aydan Rzayeva iştirak ediblər.

Görüşdə Qərbi Avstraliyanın turizm, kənd təsərrüfatı və qida sənayesi nazirləri və digər rəsmi şəxsləri iştirak ediblər. Parlamentin hər iki palatasının sədrləri Azərbaycan nümayəndə heyətini dövlət müstəqilliyimizin bərpasının 25 illiyi ilə əlaqədar təbrik edib və ölkəmizə xoş arzularını çatdırıblar.

Danışıqlarda Azərbaycanla Avstraliya arasında əməkdaşlığın genişləndirilməsi məsələləri, siyasi, iqtisadi əlaqələrin inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət, turizm, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Həmin gün nümayəndə heyəti Pert şəhərində ölkəmizin Avstraliya İttifaqındakı fəxri konsulluğu ilə tanış olub. Fəxri konsul Aydan Rzayeva konsulluğun fəaliyyəti haqqında deputatlara məlumat verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/480819.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR