Əsma Əsəd: "Ərimdən ayrılmağım üçün pul təklif etdilər"

Əsma Əsəd: "Ərimdən ayrılmağım üçün pul təklif etdilər"
20:42 18 Oktyabr 2016
134 Dünya
Ölkə mətbuatı
A- A+

Həyat yoldaşımın düşmənləri ölkəmi və ərimi tərk etməyim üçün mənə pul təklif etdilər.

Qafqazinfo-nun məlumatına görə, bu barədə Suriya prezidenti Bəşər Əsədin xanımı, 41 yaşlı Əsma Əsəd "Rossiya 24" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu təklifi edənlər Suriya prezidentində inam problemi yaratmaq istəyiblər: "Suriyadan qaçmağım üçün təkliflər oldu. Üç uşağımın təhlükəsizliyi və maliyyə baxımından təmin edilməklə məni ələ almaq istədilər. Bu insanların nə əldə etmək istədiklərini başa düşmək üçün dahi olmağa ehtiyac yoxdur. Bu, xalqın prezidentinə qarşı hiss etdikləri inamı qırmaq üçün atılan addım idi. Mən lap əvvəldən burada olmuşam və başqa bir yerdə olmağı da əsla düşünməmişəm".

Əsma Əsəd ona bu təklifi edənlərin adını açıqlamayıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR