Qusarda güclü yanğın: bir neçə dükan kül oldu

Qusarda güclü yanğın: bir neçə dükan kül oldu
21:14 18 Oktyabr 2016
75 Digər
Ölkə mətbuatı
A- A+

Qusarda yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,  şəhərin mərkəzi  bazarının ərazisində baş vermiş yanğın nəticəsində ümumi sahəsi 500 m² olan geyim mağazalarının dam örtüyünün, satış piştaxtalarının yanar konstruksiyaları və mallar 200 m² sahədə, ona bitişik hər birinin sahəsi 20 m² olan 2 geyim mağazasının yanar konstruksiyaları, içərisindəki mallar yanıb.

 

Bazarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR