Klinikalarda eyni analiz və müayinə vahid qiymətə ola bilərmi? - VİDEO

Klinikalarda eyni analiz və müayinə vahid qiymətə ola bilərmi? - VİDEO
21:17 18 Oktyabr 2016
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Vətəndaş müxtəlif klinikalarda eyni analiz və müayinələrin qiymətlərinin fərqli olmasından gileylənirlər. Onların sözlərinə görə, bəzən eyni analizlərin qiymət fərqi 20-30 manat təşkil edir.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, vətəndaşlar qiymətlərin standart olmasını təklif edirlər. Onlar deyir ki, hər yerdə eyni qiymət olsa, insanlar daha çox müayinə etdirmək şansı qazanar.

Müşahidələr göstərir ki, qan analizinin qiyməti 8-15, beyin tomoqrafiyası 65-80, daxili orqanları uzisi 30-50, bilək sümüyünün rentgen müayinəsi isə 15-30 manat arasında dəyişir.

Qiymət fərqliliyinin səbəbini aydınlaşdırmaq üçün bir neçə klinika ilə əlaqə saxladıq. Xəstəxanalardan verilən məlumata görə, müayinələr zamanı istifadə edilən cihazların və yardımçı vasitələrin qiymətləri müxtəlifdir. Bundan əlavə onların istehsal edildiyi ölkələr də müxtəlif olduğundan bu da son nəticədə qiymətlərə təsir göstərir.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən isə bildirildi ki, özəl klinikalarda qiymətə müdaxilə mümkün deyil. Məbləğin müəyyənləşdirilməsi məhz klinikaların öz səlahiyyətindədir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/480825.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR