Yağmurlu hava torpaq sürüşmələrini aktivləşdirib - VİDEO

Yağmurlu hava torpaq sürüşmələrini aktivləşdirib - VİDEO
21:17 18 Oktyabr 2016
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Güclü yağışlar torpaq sürüşmələrini aktivləşdirib.

Qobustanın  2500 sakini olan  Poladlı kəndində torpaq sürüşməsi olub və kəndin yeganə yolu bağlanıb.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, kəndlilərin sözlərinə görə, torpaq sürüşməsi bir saat davam edib. Nəticədə uzunluğu 100 metirdən artıq sürüşmə zolağı yolun uçmasına səbəb olub.

Yolun bir hissəsi kəndin Şamaxı və Qobustan,  digır hissəsi isə Hacıqabul ryonuna  çıxışı var. İndi hər iki tərəf də baglanıb.

Sakinlər kənddən yalnız piyada çıxa bilərlər. Rayon icra hakimiyyətindən bildirilir ki, ərazidə işlərə yağışlar dayanandan sonra başlanacaq.

İsmayıllı rayonunda da intensiv yağışlar nəticəsində İstusu kəndində torpaq sürüşməsi baş verib. Kənddən 150 m.  aralı ərazidə dağın yamacında 5 hektar ərazidə baş verən torpaq sürüşməsi nəticəsində torpaq kütləsi ərazidə olan evlərə doğru hərəkət edir. Əraziyə İsmayıllı rayon İcra Hakimiyyətinin Fövqəladə hallar komissiyası tərəfindən baxış keçirilb və aidiyyatı orqanlar sürüşmə barədə məlumatlandırılıblar. Qeyd edilib ki, hələlik evlər üçün təhlükə yoxdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/480824.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR