Sosial şəbəkələrdə saxta iş elanlari verilir - VİDEO

Sosial şəbəkələrdə saxta iş elanlari verilir - VİDEO
21:27 18 Oktyabr 2016
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Sosial şəbəkələrdə saxta iş elanlari peyda olub. Yüksək maaş vəd verən və tanınmış şirkətlərin adından istifadə edən fırıldaqçılar vətəndaşların şəxsi məlumatlarını toplamaqla məşğuldurlar. Ekspertlər bu cür elanlara qarşı vətəndaşları diqqətli olmağa çağırır.

Məsələn, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tərkibindəki "Delta" MMC üçün satış mərkəzlərində işləmək üçün fəhlə axtarılır, əmək haqqı 700 manatdır.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, bir müddət öncə feysbuk sosial şəbəkəsində yayılan bu elan iş axtaran şəxsləri sevindirsə də, uzun çəkməyib. Çünki elana müraciət edənlərin təşəbbüsləri cavabsız qalıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı isə onların tərkibində "Delta" MMC adlı şirkətin olmadığını bəyan edib. Yəni elan fırıldaq üçün atılan bir  addım imiş. Ekspertlər bildirir ki, bu cür yalan məlumat verən şəxslər məsuliyyətə cəlb olunmalıdırlar.

Ancaq bu cür elan verənlərin məsuliyyəti bununla da bitmir. Əgər bu elanın verilməsi ilə əlaqədar olaraq kiməsə maddi və mənəvi zərər dəyərsə cəzalar daha da sərtləşir.

Buna görə də mütəxəssislər iş elanlarını kifayət qədər araşdırmadan heç kimə sənədlərini və şəxsi məlumatlarını etibar etməməyi tövsiyyə edirlər. Çünki son zamanlar iş tapmaq adı ilə vətəndaşlardan qanunsuz pul tələb etmək, eləcə də vətəndaşların şəxsi məlumatlarını toplayaraq bundan başqa məqsədlər üçün istifadəyə cəhdlər artıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/480826.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR