Siqareti tərgitmək istəyənlər üçün şans yaranıb - VİDEO

Siqareti tərgitmək istəyənlər üçün şans yaranıb - VİDEO
21:32 18 Oktyabr 2016
146 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət siqareti tərgitmək istəyənlərə kömək edəcək. Bu məqsədlə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nəzdində xüsusi kabinetlər yaradılacaq. İlk belə kabinet noyabrın 1-dən fəaliyyətə başlayacaq.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, pilot layihə kimi yaradılan kabinetin nəticələri səmərəli olsa gələcəkdə şəhər və rayon poliknikalarında da belə kabinetlərin yaradılması nəzərdə tutulur. Hazırda kabinetdə çalışacaq mütəxəssislər üçün təlimlər keçirilir.

Noyabrın 1-dən bu məqsədlə qaynar xətt də istifadəyə veriləcək. Tütün istifadəçiləri bu cür kabinetlərin və qaynar xəttin siqareti tərgitməyə kömək olacağına inanır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/480827.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR