Öz Yusifinizi ucuz satmayın

Öz Yusifinizi ucuz satmayın
22:22 18 Oktyabr 2016
69 Ölkə
Ölkə mətbuatı
A- A+

İnsan gərək elə tərbiyə alsın ki, şəxsiyyətinin müxtəlif sahələri, o cümlədən: fərdi, ictimai, ailə, siyasi, iqtisadi tərəfləri zühur etsin və çiçəklənsin. Əgər cəmiyyətin mətbuat orqanları insanlara daima yalan xəbərlər verirsə, həmin yalan cəmiyyətdə dəyər əldə edər. Əgər insanın şəxsiyyəti kamil şəkildə formalaşarsa, mütləq bu yalana qarşı çıxacaqdır.

O cəmiyyətdə ki, ədalət olmaz - orada zülm və naşükürlüklər artar və insani dəyərlər görməməzliyə vurular. İmam Əlinin (ə) nəzərinə görə, ədalət elə bir meyardır ki, onun sayəsində qalan dəyərlər özünü büruzə verər. İnsanları cəmiyyətə qarşı nikbin edər.
Aristotel deyir: "Həyat bir çətin yol və minlərlə asan yoldur. Çətin yol - ədalət yoludur, və o min yollar - az və ya çox dərəcədə ədalətdən azmaqdan keçir".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) öz zamanın cəmiyyəti barəsində buyurur: "Ey insanlar! Biz kinin olduğu və küfr ruzigarında qərar tutmuşuq. O zamanədir ki, yaxşı əməl sahibi pis əməl sahibi hesab olunur. Zülmkar üsyanını artırır. Bildiklərimizdən fayda aparmırıq və bilmədiklərimizi soruşmuruq. Bəla və fitnədən başımıza gəlməyincə, qorxmuruq". (Tebyan)
O cəmiyyətdə ki, ədalət olmaz - orada fəzilət və dəyərlər unudular və bu cür cəmiyyətdə şər və pis əməllər artar, yaxşı əməl sahibləri zillət çəkərlər. İmam Əli (ə) bu haqda buyurur: "Qarşıda elə bir çətin və sancan zaman vardır ki, qüdrət sahibləri əllərində olanlara görə dişlərini sıxarlar. Halbuki, onlara belə bir əmr verilməmişdir. Sübhan Allah buyurur: "Öz aranızda ehsan və bəxşişi unutmayın". Bu cür zamanda şər və pis insanları uca məqamlı və yaxşıları xar edərlər. Çarəsiz insanlar öz varlıqlarını az qiymətə satarlar və varlılar onları satın alarlar. Halbuki, Peyğəmbər (s) bu cür ticarəti qadağan etmişdir".
O cəmiyyətdə ki, insanların haqqı tapdalanar, həmin cəmiyyət məhv olar. O cəmiyyət ki, haqqı deməkdən qorxarlar, həmin cəmiyyət xar olar və heç bir zaman səadətə çatmaz.
İmam Əli (ə) o zaman ki, öz cəmiyyətini islah etmək istəyirdi, insanların hər birinə dəyər verirdi. Çalışırdı ki, insanlara öz dəyərini tanıtsın. Çünki əgər insan öz dəyərini bilərsə, insanlığını ucuz qiymətə satmaz. Necə ki, Həzrət Yusifi (ə) satmışdılar. Hər bir insanın Yusifi vardır ki, gərək onu ucuz satmasın.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/480415.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR