İmam Hüseyn (ə) məktəbində alicənablıq

İmam Hüseyn (ə) məktəbində alicənablıq
22:42 18 Oktyabr 2016
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Aşura hadisəsi böyük bir müsibət olmasına baxmayaraq bizlərə misilsiz dərslər verir. Böyük İslam alimi olan Əllamə Muhəmmədtəqi Cəfəri Aşura hadisəsindəki dərslərə işarə edərək, buyurmuşdur: "Aşuranın gözəl cilvələrindən biri İmamın (ə) bədbəxt insanlarla rastlaşan zaman göstərdiyi alicənablıq idi. Həzrət (ə) bu alicənablığını döyüş meydanında da göstərir. Aşura hadisəsi - tarixin ən ibrətli hadisələrindəndir. Bu hadisə bizlərə insani dəyərləri göstərir və insanın məqamının uca olduğunu nişan verir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam (ə) alicənablığını hər yerdə nümayiş etdirmişdir: həm döyüşdə, həm səfərdə, həm sülhdə, həm müharibədə. İmam (ə) hətta düşmənlərinə qarşı alicənablıq göstərər və onları təhqir etməkdən çəkinər, çalışardı ki, insanlıqlarını alçaltmasın.
O zaman ki, Hürr İmamın (ə) yolunu kəsirlər və onlarla sərt rəftar edirlər, Hürrün ordusu İmam Hüseynin (ə) əli ilə susuzluqdan sirab olur.
O zaman ki, Hürrün ordusu İmamın (ə) qarşısını kəsir, İmam (ə) görür ki, əsgərlər çox yorulublar və öz səhabələrinə əmr edir ki, onlara və hətta atlarına belə su versinlər. Bəli, bu İlahi rəftar Həzrətin (ə) alicənablığının bariz nümunəsi idi.
İmam (ə) yaxşı bilirdi ki, bu insanlar onlara ehtiram göstərmək üçün gəlməyiblər. Onların niyyətləri şox pisdir. Ancaq buna baxmayaraq İmam (ə) onları sirab edir və onlara öz alicənablığını nümayiş etdirir.
Hürr ordusundan olan Əli ibni Təan Məharibi Kərbəlaya son gəlib çatan əsgər idi və nəql edir: "İmam (ə) məni susuz görən zaman buyurdu: "Dəvəni yatızdır" və meşkə işarə edib buyurdu: "Ondan su iç". Əli ibni Təan deyir ki, mən meşkdən su içməyi bacarmırdım və İmam (ə) mənə yardım etdi ki, su içim". (Tebyan)
Aşura gecəsində Şimr (lən) Həzrət Abbbas və qardaşları üçün amannamə gətirir. Şimr amannaməni götürüb İmamın (ə) xeyməsinə yollanır və Həzrət Abbası səsləyir. Həzrət Şimrə cavab vermiri, çünki bilirdi ki, onun alçaq niyyətdən başqa məqsədi olmaz. İmam (ə) görəndə ki, Abbas Şimrin səsinə cavab vermədi, Abbasa buyurdu: "Onun cavabını verin, baxmayaraq ki, fasiqdir".
Çünki İmam (ə), insanların insanlığına diqqət edərdi. İmamın (ə) Hürrə qarşı alicənab rəftarı onu haqq yoluna gətirir və tövbə etməsinə səbəb olur.
Allah bizləri Seyyidi-şühədadan ibrət götürənlərdən qərar versin!

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/480418.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR