Bob Dilan Nobel mükafatını alacaqmı?

Bob Dilan Nobel mükafatını alacaqmı?
23:17 18 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Hələlik Dilanın dekabrın 10-nə təyin edilən mükafatlandırma mərasiminə gəlib-gəlməyəcəyi məlum deyil

İsveç Akademiyası daha əvvəl ədəbiyyat üzrə Nobel mükafatına layiq gördüyü amerikalı şair və musiqiçi Bob Dilanla əlaqə yaratmaq cəhdlərini dayandırıb.
"Biz indi heç nə etmirik. Mən onun nümayəndəsinə zəng etdim və elektron məktub göndərdim və qarşılığında dostcasına cavab aldım. Hələlik bu qədər kifayətdir", - deyə akademiyanın daimi katibi Sara Danius bildirib.
Milli.Az "Report"a istinadən bildirir ki, hələlik B.Dilanın dekabrın 10-nə təyin edilən mükafatlandırma mərasiminə gəlib-gəlməyəcəyi məlum deyil.
"Gəlmək istəməzsə, gəlməyəcək. Amma istənilən halda onun şərəfinə böyük şənlik təşkil ediləcək" - S.Darius jurnalistlərin diqqətinə çatdırıb.
B.Dilan oktyabrın 13-də Nobel laureatı olduğu bilinəndən bəri məsələyə heç bir reaksiya verməyib.
Xatırladaq ki, o, mahnıların sözlərinə görə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən ilk şəxs olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/480842.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR