Öd kisəsində diskineziya ağrıları yaransa...

Öd kisəsində diskineziya ağrıları yaransa...
23:27 18 Oktyabr 2016
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Öd kisəsində diskineziyalar sağ qabırğa altına və qarının sağ yarısında tez-tez əmələ gələn, tutmaşəkilli ağrılarla xarakterizə olunur.
Ağrı sindromu adətən pəhriz pozğunluğundan və psixi-emosional gərginlikdən sonra meydana çıxır. Ağrılar qəfildən başlayır və artır. Ağrılar yeməkdən bir saat və daha çox sonra əmələ gəlir və güclənir. Öd kisəsi xəstələrində ağrılar aşağıdakı qidaların qəbulundan sonra başlayır:
- yağlı
- kəskin
- soyuq xörəklər
- ağır xörəklər.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, xəstələrin çoxu ürək nahiyyəsində ağrının və ürəkdöyünmənin olmasından şikayət edirlər. Ağrılar sağ kürəyə, çiyinə irradiasiya edə bilir. Bəzən ağrı tutmaları ürəkbulanma,qusma,bağırsağın funksional pozğunluqları,qəbizlik ilə müşayət olunur. Bəzən belə xəstələrdə aşağıdakı əlamətlər də özünü göstərir:
- hipotenziya
- ürəkdöyünmə
- artmış qıcıqlılıq
- yuxunun pozulması
- çox tərləmə
- baş ağrıları.
Öd kisəsi diskineziyası zamanı həzm orqanlarının digər funksional dəyişikliklərinə də rast gəlmək mümkündür. Bunlara aiddir:
- pilorospazm
- mədənin hipokineziyası
- duodenostos
- yoğun bağırsağın hipo-hiperkineziyası.
Obyektiv müayinədə öd kisəsi nahiyyəsində ağırlıq hiss edilir. Ağrı tutmalarından sonra bir müddət sağ qabırğaaıtı nahiyyədə ağırlıq hissi qalır. Ağrı tutmaları deşici və güclü olur. Xəstələr çox vaxt iştahanın azalmasından, hava ilə gəyirmədən və ağızda acılıq hissindən şikayət edirlər.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/480428.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR