Rus atletin olimpiya medalı əlindən alındı

Rus atletin olimpiya medalı əlindən alındı
23:27 18 Oktyabr 2016
65 İdman
Ölkə mətbuatı
A- A+

Rus idmançı Apti Axadovun olimpiya medalı əlindən alınıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, London - 2012 Yay Olimpiadasında ağır atletika üzrə 85 kq çəki dərəcəsində gümüş medal qazanan atletin nəticəsi dopinq səbəbindən ləğv edilib.
 
Beynəlxalq Olimpiya Komitəsindən (BOK) verilən açıqlamada bildirilib ki, 23 yaşındakı Axadovun ikinci dopinq testi müsbət nəticə verib. Bu səbəbdən də onun mükafatı ləğv edilib.
 
Qeyd edək ki, həmin yarışda birinci yeri polşalı Adrian Edvard Zelinski, üçüncülüyü isə İran idmançısı Kianuş Rustami tutmuşdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/480844.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR