Gölməçələrdə batıb qalan maşınlara görə sığorta ödənişi edilə bilərmi? (VİDEO)

Gölməçələrdə batıb qalan maşınlara görə sığorta ödənişi edilə bilərmi? (VİDEO)
00:28 19 Oktyabr 2016
440 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gündən bəri təkcə Binəqədi şossesində yaranan dərin gölməçələrdə 109 ədəd maşın batıb. Düzdü həmin maşınlar dövlət idarələrinin əməkdaşları tərəfindən sudan çıxarılsa da ustalar belə maşınların təmir etmək üçün sürücülərin böyük xərc çəkməli olduqunu bildirir. Bəs belə avtomobillərə sığorta ödənişi edilə bilərmi?

Publika.az xezerxeber.com-a istinadən bildirir ki, Binəqədi rayon polis idarəsindən verilən məlumata görə, dünəndən bəri suyun ortasında sönmüş 109 avtomobil evakutorlarla quru ərazilərə daşınıb.

Avtomobil ustası Sahil Ağabəyli bildirir ki, maşın suyun ortasında söndükdə onun mühhərikinin bir çox detalı sıradan çıxır. Avtomobil içində su dolduqda isə elektron sistem yanır ki, bu da xərci bir neçə dəfə artırır. Avtomobilin ilindən və markasından aslı olaraq bu xərc 1000 manatla -10 000 manat arasında dəyişir. Lüks avtomobillərdə bu qiymət dahada arta bilir. Amma sürücülər bəzi nüansalara fikir verməklə xərci azalda bilərlər.

Ancaq sürücülər belə dərin gölməçələrdən keçməyə məcbur olurlarsa bu zaman hava filtirini çıxara bilərlər ki, belə olduqda dərinliyi 1 -1,5 yarım olan sulardan rahatlıqla keçmək olur.

O ki qaldı dəymiş zərərin sığorta şirkətləri tərəfindən ödənilməsinə, bu yalnız kasko sığortası olan avtoboillərə aid ola bilər. O halda ki, sığorta müqaviləsində əksini tapsın.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/172668.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR