Vüsalə Əlizadə: "Şansım var idi ki, keçmişimi qaytarım"

Vüsalə Əlizadə: "Şansım var idi ki, keçmişimi qaytarım"
01:08 19 Oktyabr 2016
292 Şou
Ölkə mətbuatı
A- A+

"Türkiyədən heç tanımadığım insanlardan təklif aldım. Bir fotosessiyamı görüb, məni ərəb qızlarına bənzədiblər. İnstaqramda mənə yazdılar, məlumat aldılar. Təklif etdilər ki, sizinlə fotosessiya etmək istəyirik".

Publika.az axşam.az-a istinadən bildirir ki, bu sözləri açıqlamasında aparıcı Vüsalə Əlizadə deyib.

Aparıcı bildirib ki, Türkiyədə ona mükafat verilib:

"Bunlar Türkiyədə "Fashion" kanalının dəfilələrinin vizaj qrupudur. Çox maraqlı işləri olur. Danışıqlar üçün Türkiyəyə getdim. Orada baş tutan xeyriyyə xarakterli "Number one" dəfiləsi oldu və məni qonaq kimi çağırdılar. Tədbirdə xarici müğənnilərlə yanaşı, Hande Yener və Mustafa Ceceli oldu. Dəfiləyə məni özləri hazırladılar, kolleksiyadan geyimlər bağışladılar. Gecədən əldə olunan gəlir kimsəsiz uşaqlara bağışlandı. Tədbirdə mənə mükafat da verildi".

V.Əlizadə orada məşhur kosmetik brendin sahibləri tərəfindən iş təklifi aldığını bildirib:

"Tədbirdə böyük kosmetik brendlərin sahibləri iştirak edirdilər. Mənə bir brendin siması olmaq təklifi gəldi. Göz-qaş hissəmi çox bəyəndilər. Bu ayın sonu danışıqlar üçün yenidən İstanbula yollanacam".

Bir müddət İnstaqramdan uzaq qalan aparıcı bunla bağlı yaranan söz-söhbətlərə son qoyub:

"Türkiyədə olanda bütün günü başım işə qarışmışdı. Sosial şəbəkə insanın çox vaxtını alır. Sosial şəbəkədən uzaqlaşdım, sevənlərim necə narahat olmuşdular. Artıq bacılarıma, qohumlara mesajlar yazırdılar ki, Vüsaləyə nə olub? Bildim ki, məni çox istəyirmişlər. Buna görə də özümü çox şanslı, uğurlu biri hesab edirəm. Efirdə göründüyüm gündən insanların qəlbinə yol tapmışam. Bir il səhnədən uzaqlaşan müğənni, geri qayıdanda bilmir nə etsin ki, yerini tutsun. Amma məndə belə deyil, efirdə olmayanda da unudulmadım. 7 yaşımdan efirdəyəm, bunu sübut edəcək materiallarım da var. Hələ "Sirli Avrasiya" vaxtında sosial şəbəkə yox idi, insanlardan məktublar alırdım. Həmin məktubları evimdə saxlayıram. Qızım böyüyəndə, mən yaşlananda bir də oxuyacam".

Aparıcı yazdığı şeirlərin keçmişi ilə əlaqələndirilməsinə pis olduğunu söyləyib:

"Nəsə uğursuzluq yaşayanda, pis oluruq, özümüzüə sual veririk ki, "Niyə mən?" Allah sevdiyi bəndələri hər zaman sınayır. Mən gənc yaşlarımdan əziyyətlər görmüşəm. Zəif, kiminsə əlinə baxmağa məhkum olsaydım, Allah məni elə kiminsə yanında saxlayardı. Tanrım bilir ki, öz ayaqlarının üstündə dayanmağı bacaran qadınam, ailə saxlamağı bacarıram. Təki Allah mənim sağlamlığıma dəyməsin.

lə əlaqələndirməsinlər. Bunu yığışdırın. Heç kimin həyatı mənə maraqlı deyil. Maraqlı olsaydı, şansım var idi ki, keçmişimi qaytarım. İstəmədim... Mən unutmuşam, siz də unudun. Mənim bir balaca şairlik, yazma qabiliyyətim var. Nəyisə yazanda içdən gələn cümlələrdir. İlham pərisi gəlir, yazıram. Hekayələr yazıram, poema üzərində çalışıram. Bunları gələcəyim üçün edirəm. Bir vaxt gələcək, onları təqdim edəcəyəm. Bir şey yazan kimi şərhlər başlayır: təksiniz... Xeyr, tək deyiləm, qızım və hər şeyim var, həyatım əladır".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/172670.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR