İŞİD Mosulun cənubunda 56 neft quyusunu itirdi

İŞİD Mosulun cənubunda 56 neft quyusunu itirdi
03:14 19 Oktyabr 2016
77 Digər
Ölkə mətbuatı
A- A+

İraq Silahlı Qüvvələrinin bölmələri Mosulun cənubunda 50-dən çox neft quyusunu və kükürd istehsalı zavodunu İŞİD terrorçularından azad  edib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, İraq ordusu Mosulun cənubundakı Əl-Kiyar yaşayış məntəqəsinin yaxınlığında 56 neft quyusunu nəzarətə alıb. Cauana kəndində döyüş zamanı 31 terrorçu məhv edilib.  

 

Bu arada İraq qüvvələri Mosulun şərqindəki Əl-Həmdaniyə rayonunun mərkəzinə doğru hücuma keçib, onlarla İŞİD üzvünün öldürüldüyü qeyd olunur. Mosulun İŞİD-dən azad edilməsi əməliyyatı oktyabrın 17-nə keçən gecə başlayıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256984

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR