"Samsung" aeroportlarda "Galaxy Note 7"nin dəyişdirilməsi üzrə məntəqələr açır

"Samsung" aeroportlarda "Galaxy Note 7"nin dəyişdirilməsi üzrə məntəqələr açır
04:42 19 Oktyabr 2016
48 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ Koreya Respublikasının "Samsung" şirkəti aeroportlarda "Galaxy Note 7" samrtfonlarının dəyişdirilməsi üzrə məntəqələr açır.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu cür məntəqələr yoxlama sahələrinin qarşısında yerləşdirilib və orada "Note 7" istifadəçilərinə smartfonlarını dəyişməyi təklif edirlər.
"Samsung" indi Avstraliyada mübadilə məntəqəsinin açıldığını rəsmən təsdiqləyib. Analoji məntəqələrin ABŞ-da da açılması ilə bağlı məlumat var.
Analitiklərin qiymətləndirməsinə görə, "Samsung"un "Galaxy Note 7" model smartfonları geri çağırmasına və istehsalını dayandırmasına baxmayaraq, hələ də 1 milyondan çox smartfon istifadədir.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/samsung-aeroportlarda-galaxy-note-7-nin-deyisdirilmesi-uzre-menteqeler-acir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR