Türkiyə təyyarələri Mosul əməliyyatına qatılacaq

Türkiyə təyyarələri Mosul əməliyyatına qatılacaq
07:09 19 Oktyabr 2016
62 Digər
Ölkə mətbuatı
A- A+

Ankara və beynəlxalq koalisiya qüvvələri Türkiyənin Hərbi-Hava Qüvvələrinin Mosulun İŞİD-dən azad olunması əməliyyatında iştirak etməsinə dair razılığa gəliblər.  

 

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin milli müdafiə naziri Fikri İşık bildirib.

 

Nazirin sözlərinə görə, Türkiyənin iştirakı olmadan Mosulun gələcəyinə dair qərar çıxarmaq mümkünsüzdür.

 

İşık həmçinin Ankaranın Mosula dair Parisdə yaxın günlərdə keçiriləcək beynəlxalq görüşə dəvət aldığını  qeyd edib.

 

“Türkiyənin Mosula dair müzakirələrdə iştirakı təbiidir. Bizim iştirakımız olmadan qərarın verilməsi mümkünsüzdür”, - deyə nazir bildirib.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256990

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR