Azərbaycanda reklamı qadağan olunan əmtəələrin siyahısı təsdiq edilib - SİYAHI

Azərbaycanda reklamı qadağan olunan əmtəələrin siyahısı təsdiq edilib - SİYAHI
07:47 19 Oktyabr 2016
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabineti "Reklamı qadağan olunan əmtəələrin Siyahısı"-nı təsdiq edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Reklamı qadağan olunan əmtəələrin Siyahısı"-na 15 növ əmtəə daxildir.

Siyahı:

1. Sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış əmtəələr

2. İstehsalına (satışına) lisenziya tələb olunan, lakin barəsində belə lisenziya verilməyən əmtəələr

3. Həkim resepti əsasında buraxılan dərman vasitələri

4. Dopinq vasitələri

5. İstifadəsinə (tətbiqinə) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən icazə verilməmiş tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları, o cümlədən hipnoz seansları, kontaktsız, psixi və ya bioenergetik təsirə əsaslanan müalicə metodları

6. Hamiləliyin süni yolla pozulması üzrə tibbi xidmətlər

7. Süni mayalanma üzrə tibbi xidmətlər

8. Tütün, tütün məmulatları və onların ləvazimatları, o cümlədən tənbəki çubuqları, qəlyanlar, elektron siqaretlər, siqaret kağızları, alışqanlar

9. Satışa çıxarılması barədə qərar qəbul edilməmiş qiymətli kağızlar

10. Keçirilməsi qadağan edilmiş stimullaşdırıcı lotereyalar və qeydiyyata alınmamış digər lotereyalar

11. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən tanınmamış və idman növlərinin dövlət reyestrinə daxil edilməmiş idman növləri

12. Qumar oyunları

13. Pornoqrafiya

14. "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş əmtəələr

15. "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş əmtəələr.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/480853.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR