Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin qaydalarında dəyişikliklər edilib

Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin qaydalarında dəyişikliklər edilib
08:12 19 Oktyabr 2016
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları"nda dəyişikliklər edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, qərara əsasən, "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları"nın 10.1.2-ci yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilib və 10.1.3-cü yarımbənd əlavə edilib:

"10.1.3. malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemlərindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada təqdim edildikdə.".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/480858.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR