Kapitan azarkeşlə mərcləşdi: "Sənə 100 min avro verəcəyəm"

Kapitan azarkeşlə mərcləşdi: "Sənə 100 min avro verəcəyəm"
08:32 19 Oktyabr 2016
42 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə Super Liqasında mübarizə aparan "Antalyaspor" klubu mövsümə uğursuz başlayıb.

Goal.az türk mətbuatına istinadla xəbər verir ki, komanda son turda "Çaykur Rizespor"la 1:1 hesablı heç-heçə etdikdən sonra azarkeşlər futbolçulara kəskin şəkildə etiraz edib. Stadionu tərk etməyən azarkeşlər bir müddət futbolçuları fitə basıblar. Onlar komandanın kapitanı Samuel Etonu yanlarına çağırıb və onunla söhbət ediblər.

Tərəfdarlardan biri olan Mehmet Akdeniz Etoya: "Növbəti oyunumuz "Beşiktaş"a qarşıdır. Bu komandanın halı nə olacaq? Nə vaxt udacağıq?" - deyə söyləyib. Ulduz futbolçu isə azarkeşə belə cavab verib: "Ötən mövsüm liqanı ilk 10 yerdə bitirəcəyimizi demişdim və bunu bacarmışdıq. Bu mövsüm də ilk 10-luqda bitirəcəyik. Buna inan. Əgər bunu bacarmasaq, sənə 100 min avro verəcəyəm".

Samuel Eto daha sonra tərcüməçisinin köməkliyi ilə azarkeşin telefon nömrəsini götürüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/480802.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR