Salyanda 5 yaşlı uşağın üstünə qaynar su tökülüb

Salyanda 5 yaşlı uşağın üstünə qaynar su tökülüb
09:32 19 Oktyabr 2016
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyan.19 oktyabr. REPORT.AZ/ Salyan rayonunda azyaşlı uşaq yanıb.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Dayıkənd kəndində baş verib. 
Belə ki, 5 yaşlı Aynurə Rəşad qızı Əliyeva valideynlərindən xəbərsiz termos qabını aşırıb, içərisindəki isti su üstünə tökülüb. Nəticədə müxtəlif dərəcəli yanıq xəsarətləri alan Aynurə Əliyeva Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 
Uşağa ilk tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR