3 azarkeş Madriddə həbs olundu

3 azarkeş Madriddə həbs olundu
09:47 19 Oktyabr 2016
27 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində keçirilən "Real" - "Legiya" oyunundan öncə insident yaşanıb. 

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, qarşılaşmadan əvvəl Madriddə 3 polşalı azarkeş həbs olunub. 

31, 33 və 34 yaşlı fanatlar içkili halda əyləndikləri barın kassa aparatını soymağa cəhd ediblər. Bundan başqa, fanatlardan biri iki ofisianta hücum edərək onlardan birinin telefonunu alıb. 

Nəticədə polis hər 3 azarkeşi həbs edib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/480888.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR