Traktor adamın üstünə aşdı, öldürdü

Traktor adamın üstünə aşdı, öldürdü
10:05 19 Oktyabr 2016
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Qəbələ-İsmayıllı yolunda ağır avtomobil qəzası baş verib, bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə ötən gecə Qəbələ-İsmayıllı yolunun 9-cu kilometrliyində, İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisində qeydə alınıb.
 
İsmayıllı rayonu Qurbanəfəndi kənd sakini, 1993-cü il təvəllüdlü Sərdarov Belək Cəmaləddin oğlu idarə etdiyi traktoru yolun kənarındakı kafeyə tərəf dönmək istəyərkən traktor çökəkliyə aşıb.
 
Nəticədə sürücü Belək Sərdarov ağır xəsarət alıb, onun sərnişini, həmkəndlisi, 1994-cü təvəllüdü Cabbarlı Nurlan Marif oğlu isə aşan traktorun altına düşüb və hadisə yerində dünyasını dəyişib. Qapalı kəllə-beyin travması alan sürücü İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR