Bakıda qadın spirtli içkidən zəhərlənərək ölüb.
APA-nın məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb. Rayon sakini, 1974-cü il təvəllüdlü Səbinə Ələkbərova alkoqoldan zəhərlənib. Xəstəxanaya yerləşdirilən S. Ələkbərova orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.