Hadisənin bacısına görə çətin anları: studiyada ağladı - FOTO

Hadisənin bacısına görə çətin anları: studiyada ağladı - FOTO
10:42 19 Oktyabr 2016
102 Maraqlı
Ölkə mətbuatı
A- A+

Türkiyənin məşhur müğənnisi Hadisə bacısına görə ağır günlər keçirir.

Milli.Az "Caddə"yə istinadla bildirir ki, "O ses Türkiye"nin çəkilişləri zamanı müğənninin yanına müqaviləsini pozduğu reklam şirkətinin nümayəndələri gəliblər. Onlar bildiriblər ki, əgər söylənilən məbləği ödəməsə, onun evindəki əşyaları müsadirə olunacaq. 

Bunu eşidən müğənni studiyada ağlayıb.

Qeyd edək ki, Hadisə müqavilə bağladığı reklam şirkəti tərəfindən cərimələnib.

DSM Grup ilə müqavilə şərtlərini pozan müğənni şirkətə 250 min avro ödəməlidir.

Buna səbəb isə müğənninin bacılarının rəqib firmanın paltarlarını Hadisəyə geyindirib sosial şəbəkədə paylaşması olub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR