"Selfinaz"ın biletləri artıq satışda

"Selfinaz"ın biletləri artıq satışda
10:46 19 Oktyabr 2016
82 Şou
Ölkə mətbuatı
A- A+

Yumor ustası Fərda Xudaverdiyevin “Selfinaz” stand-up-ı ilə bağlı yeni xəbər var.

Axşam.az-ın məlumatına görə, oktyabrın 20-dən etibarən şəhərin kinoteatrlarında nümayiş olunacaq şouya biletlər artıq satışa çıxarılıb. Onları həm onlayn, həm də kassalardan əldə edə biləcəksiniz.

F.Xudaverdiyev stand-up-ın hər kəsin xoşuna gələcəyini iddia edib:

“Neçə illərdir bu şou üzərində çalışıram. Tamaşaçılar onu izləməyə başlayandan bitənə kimi güləcək”.

Yumor ustası şousuna kölgə salmaq istəyənlərin olduğunu da deyib:

“Onlara ən layiqli cavab sevənlərimin bilet alıb, onu izləməyə getməsidir. Oktyabrın 20-də bütün seanslarda anşlaq etsinlər. Hər zaman yaradıcılığıma dəstək olanlar üçün çalışmışam. Allahımın mənə verdiyi ömürboyu bu belə davam edəcək”.

Qeyd edək ki, tamaşaçılar oktyabrın 20-də şounu F.Xudaverdiyevlə birlikdə izləmək imkanı əldə edəcəklər.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59520

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR