Dələduzluqda təqsirləndirilən keçmiş hakim azadlığa buraxıldı

Dələduzluqda təqsirləndirilən keçmiş hakim azadlığa buraxıldı
10:57 19 Oktyabr 2016
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş hakim Fəxrəddin Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az report-a istinadən bildirir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə F.Rzayevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddə tətbiq olunaraq, ona şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, F.Rzayev vətəndaş Eyvaz Abbasovun oğlunu Dövlət Yol Polisinə düzəltmək adı ilə ondan 20 min manat pulu dələduzluq yolu ilə əldə etməkdə təqsirli bilinib.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.
F.Rzayev əvvəllər Yasamal Rayon Məhkəməsinin hakimi olub. Bir müddət isə Bakı Hərbi Məhkəməsinin icra şöbəsində çalışıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR