İran hərbi gəmiləri Azərbaycana gəlib - VİDEO

İran hərbi gəmiləri Azərbaycana gəlib - VİDEO
11:04 19 Oktyabr 2016
37 Digər
Ölkə mətbuatı
A- A+

İran Hərbi Dəniz Qüvvələrinə məxsus 2 hərbi gəmi Azərbaycana gəlib.

 

APA-nın məlumatına görə, "Dəmavənd" raket gəmisi və "Covşan" kater gəmisi Bakı buxtasına yan alıb. Azərbaycan hərbi orkestrinin də iştirakı ilə rəsmi qarşılanma mərasimi keçirilib.

 

Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanının müavini Natiq Bağırov bildirib ki, İran Hərbi Dəniz Qüvvələrinin "Dəmavənd" raket gəmisi və "Covşan" kater gəmisi nümayəndə heyəti ilə Azərbaycana gəlib.

 

"Bu, sülh və dostluq səfəridir. Üç gün davam edəcək səfər çərçivəsində İran nümayəndə heyəti Heydər Əliyevin və Zərifə Əliyevanın məzarını, Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Ardınca Azərbaycanın Hərbi Dəniz Qüvvələri komandanı ilə görüş olacaq. Nümayəndə heyəti Azərbaycanın Hərbi Dənizçilik Məktəbində olacaq.

 

Səfər zamanı futbol yarışı da təşkil olunacaq.

 

Bu, Azərbaycan müstəqillik əldə etdikdən sonra İran hərbi gəmilərinin ölkəmizə ilk səfəridir", - deyə o bildirib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257013

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR