Obamanın qardaşı Trampı dəstəkləyir

Obamanın qardaşı Trampı dəstəkləyir
11:12 19 Oktyabr 2016
51 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Barak Obamanın ögey qardaşı Malik Obama sonuncu debatlar zamanı Respublikaçı namizəd Donald Trampı dəstəkləmək üçün oktyabrın 19-u Las Veqasa gəlmək fikrindədir.

Milli.Az bildirir ki, bu barədə azvision.az "The New York Times"a istinadən xəbər verir. 

Obamanın ögey qardaşı Tramp ətrafında qalmaqallara inanmadığını bildirib: "Mən debatlarda iştirak edəcəyimə görə şadam. Tramp yenidən ABŞ-ın qüdrətini artıra bilər". 

O, həmçinin Trampın rəqibi Hilari Klintonu dövlət katibi işlədiyi dövrdə verdiyi qərarlara görə tənqid edib. 

Öz növbəsində Tramp Maliklə görüşü səbirsizliklə gözlədiyini bildirib: "O, məni qardaşından çox anlayır". 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR