FETÖ-nün ABŞ-dakı məktəblərindən 3-ü bağlanacaq

FETÖ-nün ABŞ-dakı məktəblərindən 3-ü bağlanacaq
11:12 19 Oktyabr 2016
33 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində Fətullahçı Terror Təşkilatına (FETÖ) bağlı 3 məktəbin bağlanması barədə qərar qəbul edilib.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Los-Ancelesin Təhsil Şurası razılaşdırılmış məktəblərlə bağlı anlaşmanın müddətinin uzadılmasını FETÖ-ya aid 3 məktəbə şamil etməyib.
Şuranın 7 üzvündən 6-sı qərarın lehinə səs verib. Apellyasiya şikayəti vermə hüququ olan məktəblər 2017-ci ilin iyul ayınadək maliyyə şərtlərini ödəməsələr, o zaman həmin məktəblər bağlanacaq.
İnformasiyaya görə, Kaliforniyada hakimiyyət orqanları ilə razılaşdırılmış formada 10 məktəb fəaliyyət göstərir. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/abs-da-feto-nun-3-mektebi-baglanacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR