Qalaya qol-qola gəldilər - FOTOLAR

Qalaya qol-qola gəldilər - FOTOLAR
11:18 19 Oktyabr 2016
42 Şou
Ölkə mətbuatı
A- A+

Baş rollarda Serenay Sarıkaya və Nejat İşlərin oynadığı “İkimizin yerinə” filminin premyerası keçirilib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorlar nümayişdən əvvəl jurnalistlərin suallarını cavablandırıb. Uzun müddətdir ki, seriallarda çəkilən Serenay Sarıkaya ilk film təcrübəsinin olduğunu söyləyib: “İlk dəfədir ki, filmdə çəkildim. Çox həyəcanlı və xoşbəxtəm. Nejat ilə eyni filmdə rol almaq və tərəf müqabili olmaq böyük şansdır. O, mənə uğur gətirir, işimiz də çox gözəl alınır”.

Nejat İşlər isə hər film təklifini qəbul etmədiyini xüsusi olaraq vurğulayıb: "Bu filmin ssenarisi mənə çox təsir etdi. Gözəl bir iş görmüşük. Həmçinin Serenayın inanılmaz səsi var, çəkilişlərdə ona oxuması üçün xahişı edirdik”.

Təqdimatda Cem Yılmaz, Ozan Güvən, Zəfər Algöz, Nur Fettahoğlu, Fahriye Evcen, Kərəm Bürsin, Barış Falay, Esra Ronabar, Fikrət Kukşan və Feryal Gülman kimi bir çox məşhurlar da iştirak edib.

Qalaya yaxın dostu Ozan Güvən ilə birlikdə gələn Cem Yılmaz "Sevgiyə inanmıram" deyərək jurnalistlərin suallarınıdan yayınıb.

Kərəm Bürsin gecədə sevgilisi Serenay Sarıkayanı tək qoymayıb. O, sevgilisinin uğurlu işlərə imza atması ilə qürur duyduğunu ifadə edib: "Bu Gün Serenay üçün çox mühümdür, mən də çox həyəcanlıyam. Filmi heç izləməmişəm, mənim üçün də çox sürpriz olacaq".

Fahriye Evcen kimi Murad Bozun sevgilisi Asli Enver də gecədə tək iştirak edib. Fahriye Evcen qalaya tək qatılmasını sevgilisi Burak Özçivitin çəkilişlərdə olması ilə izah edib. Ulduz Aslı Enver ilə qalmaqal yaşadığını isə inkar edib. O, "Biz hər zaman görüşürük, sadəcə siz bizi görmürsünüz" –deyə bildirib.

Aytən











Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/172702.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR