Bakıda orta məktəbin ərazisində UÇQUN - DİREKTORDAN AÇIQLAMA

Bakıda orta məktəbin ərazisində UÇQUN  - DİREKTORDAN AÇIQLAMA
11:19 19 Oktyabr 2016
49 Digər
Ölkə mətbuatı
A- A+

48 saylı orta məktəbin ərazisində baş vermiş torpaq uçqunu məktəb binasına hər hansı ziyan vurmayıb. Bu barədə Lent.az-a açıqlamasında məktəbin direktoru Şahismayıl Rüstəmov bildirib. O qeyd edib ki, uçqun məktəb binasından xeyli aralıda baş verib və stadionun kənarında bir neçə metrlik ərazini əhatə edib: "Hadisə gecə saatlarında baş verib. Yağışın təsiri ilə torpaq uçqunu olub, hər hansı xəsarət və ya maddi ziyan yoxdur".

 

 

 

*****

 

 

 

Bakı şəhəri Xətai rayonu 48 saylı orta məktəbin ərazisində istinad divarı uçub, ərazidə uçqun baş verib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov APA-ya deyib ki, son günlər yağan yağışların nəticəsində 48 saylı orta məktəbin ərzisində idman meydançasının kənarında 25 metr uzunluğunda, 4 metr hündürlüyündə istinad divarı uçub.

 

Onun sözlərinə görə, torpaq yuyulub, istinad divarı dayanıqlığın itirib, nəticədə uçqun baş verib.

 

R. Həsənov qeyd edib ki, uçqun 5 hektar ərazini əhatə edib: “İstinad divarının uçması nəticəsində torpaq 2 metrə qədər irəli gəlib”. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257014

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR